Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

00:09 - 28 Mart 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib.

Bu barədə Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 92 nəfərə çatıb. Nazir təsdiqlənmiş halların sayının 5698-ə yüksəldiyini də deyib.

F.Qoca deyib ki, 42 xəstə sağalıb və xəstəxanalardan buraxılıb, 344 nəfər intesiv terapiya şöbələrində müalicə keçirlər.///trend

Xəbər xətti