Rayonlara da giriş-çıxış məhdudlaşdırılıb- VİDEO- RƏSMİ

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Karantin rejiminə əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.

Tarix
27 Mart 2020 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-27 16:12:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin