DİN: Bu insanlar Bakıya problemsiz daxil ola bilər

Novruz bayramı ilə əlaqədar rayona gedən Bakıda işləyən vətəndaşlar geri dönməyə başlayıb

Operativ Qərargahın da elan etdiyi kimi, karantindən əvvəl bölgələrə gedən, rayon qeydiyyatında olmasına baxmayaraq, Bakıda daimi işləyən və müvafiq sənədləri olan şəxslərin paytaxta qayıtmasında hər hansı problem yaşanmır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axar.az-a rayon qeydiyyatı olan, amma Bakıda daimi işləyən şəxslər məlumat verib. Onlar qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə qurulan postlarda xidmət göstərən Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıya girişdə bu şəxslərə problem yaratmır.

Artıq bir neçə gündür ki, Novruz bayramı ilə əlaqədar rayona gedən Bakıda işləyən vətəndaşlar geri dönməyə başlayıb. Bunun üçün həmin şəxslərin işlədikləri yerin vəsiqəsini göstərmələri kifayət edir.
İş vəsiqəsi olmayanların isə iş yerlərindən verilən arayış və ya bildirişlə paytaxta girişlərinə şərait yaradılır.

Tarix
27 Mart 2020 [15:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-27 15:41:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin