19 soydaşımız Polşadan Azərbaycana qayıdıb

COVİD-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılmış operativ qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən, zərurət yarandığı hallarda Azərbaycana təxliyyə olunması üzrə fəaliyyətini davam etdirir.

Komitədən APA-ya verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 nəfər həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

"Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

Tarix
26 Mart 2020 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-26 14:43:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin