Ermənilər atəşkəs rejimini 23 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Tarix
26 Mart 2020 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-26 10:01:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin