Bu müəssisədə hər gün 25-30 min litr spirt istehsal olunaraq apteklərə göndərilir- FOTO

Koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi spirt qıtlığı yaşanır. Bu tələbatı qarşılamaq məqsədilə İqtisadiyyat Nazirliyinin tövsiyəsinə əsasən Qusarda yerləşən “Rus-Azeri Spirts” zavodunda tibbi spirt istehsalına başlanıb.

İstehsala başlanan gündən 100 min litrə yaxın tibbi spirt Bakı şəhərindəki və bölgələrdəki apteklərə göndərilib.
2019-cu ildə dövlət dəstəyi ilə yaradılan bu müəssisə müasir tələblərə cavab verən, keyfiyyətli spirtli içkilər istehsalını təmin edən, avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub. Tibbi spirtin qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının qarşısının alınması məqsədilə hazırda müəssisədə tibbi spirt də istehsal edilir.

Zavodun direktoru Anar Qocayev bildirib ki, müəssisə tələbatı nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib və istehsal prosesi 24 saat davam edir. İstehsal gücünü artırmaq üçün zavoda əlavə işçilər də cəlb olunub. Hazırda zavodun sutkalıq istehsal gücü 25-30 min litrə çatır ki, bu da ölkəmizdə tibbi spirtə olan tələbatı ödəməyə imkan yaradır.

Müəssisədə bir litrlik qablaşdırmada 95 faizlik tibbi spirt istehsal olunur. Yaxın günlərdə 100 millilitrlik (0,1 litr) qablarda da istehsala başlanılacaq. Tibbi spirt dezinfeksiyaedici kimi hər hansı mikrob hüceyrəsinə daxil olur və zülallarla kimyəvi reaksiyaya girir. Nəticədə zülalların təbii quruluşunun pozulması prosesi baş verir və hüceyrələrin ölməsinə səbəb olur. Hazırda müəssisədə istehsal olunan spirtin analizləri üçün laboratoriya müasir tipli qaz xromatoqrafla təmin edilib.

Zavodda tibbi spirtin hazırlanmasında tamamilə yerli xammaldan istifadə olunur.///AzərTAC

Tarix
25 Mart 2020 [15:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-25 15:21:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin