Ermənistanda koronavirusa yoluxanların sayı artır

12:00 - 25 Mart 2020 - Xəbər

Ermənistanda yeni növ koronavirusa yoluxma hallarının sayı 265-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, son gündə ölkədə 16 yoluxma faktı qeydə alınıb. Nazirlikdən həmçinin 16 nəfərin sağaldığı, xəstəlikdən ölənin olmadığı vurğulanıb.

Xəbər xətti