BNA Koronavirusla Mübarizə Fonduna 200 min manat köçürdü

Bakı Nəqliyyat Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində ianə edib.

Agentlikdən verilən məlumata görə, həmçinin xüsusi rejimli xəstəxanalarda xidmət edən 120 nəfər tibb işçisinin ailələrinə 200 manat dəyərində hədiyyə kartı verilib:

"Bu kart vasitəsi ilə onlar “Bravo” supermarketlər şəbəkəsindən ərzaq və gündəlik təlabat mallarını ala bilərlər. Məqsəd, sağlamlıqlarını risk altına ataraq koronovirus (COVİD-19) yayılmasına qarşı fədakarcasına mübarizə aparan, iş fəaliyyəti ilə əlaqədar ailələrindən kənarda qalan tibb işçilərinə dəstək olmaqdır.

Bakı Nəqliyyat Agentliyinin kollektivi bu günlərdə göstərdikləri fədakarlığa və yüksək peşəkarlığa görə tibb işçilərinə təşəkkürünü bildirir, onlarla həmrəy olduğumuzu ifadə edir. Eyni zamanda, bir daha vətəndaşlarımızı anlayış və məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacayıq"./trend

 

Tarix
25 Mart 2020 [10:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-25 10:38:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin