Bakıda iki maşın toqquşdu- ölən var

09:27 - 22 Mart 2020 - HADİSƏ

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.  

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabunçu rayonunda "Opel" və “Hyundai” markalı iki minik avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Hyundai" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri "Opel" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti