Barselona klubunun altı üzvündə koronavirus aşkarlandı - RƏSMİ

09:55 - 18 Mart 2020 - İDMAN

İspaniyanın “Espanyol” klubunda altı futbolçunun koronavirusa yoluxduğu təsdiqlənib.

Oxu.Az Barselona klubunun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın və məşqçilər heyətinin altı üzvündə koronavirusa yoluxma halı qeydə alınıb.

Lakin onların adları açıqlanmayıb.

Qeyd edək ki, “Espanyol” martın 13-dən öz fəaliyyətini dayandırıb və öz oyunçularına evlərində qalmağı tapşırıb.

Xəbər xətti