AMEA-da yeni təyinat olub

18:30 - 16 Mart 2020 - Xəbər

AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib.

AMEA-dan verilən məlumata görə, qurumun müdiri vəzifəsinə Elmira Əliyeva təyin edilib. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, Elmira Əliyeva daha öncə sözügedən şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışırdı./Apa

 

Xəbər xətti