Bakıda evdə qanunsuz doğuş oldu, yeni doğulan uşaq öldü

17:30 - 16 Mart 2020 - HADİSƏ

Bakıda evdə yeni doğulan uşaq dünyasını dəyişib.

Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Həmin qəsəbədəki nömrəsiz evdə yaşayan Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü M. Y. yaşadığı evdə təbii doğuş həyata keçirmək istəyib. Heç bir həkim iştirakı olmadan M. Y. oğlan uşağı dünyaya gətirsə də, yeni doğulan körpə ölüb.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti