Sabahın havası açıqlanıb

13:59 - 15 Mart 2020 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözlənilən hava məlumatını açıqlayıb

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlədə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.

Xəbər xətti