Əllərinizi bu qaydada yuyun və ölümcül virusdan QORUNUN -Həkim

12:11 - 15 Mart 2020 - Xəbər

ABŞ televiziyalarından birində yayımlanan verilişdə qonaq olan həkim Mehmet Öz koronavirusdan qorunmaq üçün əllərin yuyulma üsulundan danışıb.

"The Tonight Show starring Jimmy Fallon" verilişində qonaq olan ürək-damar cərrahı virusdan qorunmanın yollarını açıqlayıb. Həkim Öz "Turkish Twist-Türk bükülməsi" adını verdiyi üsulu ən effektiv əl yumaya misal göstərib.

Əksər insanların yanlış şəkildə əl yuduğunu qeyd edən Mehmet Öz bildirib ki, əsas olan barmaqların arasının və ovucun yuyulmasıdır:
"Bir cərrahın əllərini necə yuduğunu göstərəcəm. Deyək ki, əllərin arxa hissəsini yuyursan. Lakin bu önəmli deyil. Əlinə sabunu aldıqdan sonra "Türk bükülməsi-Turkish twist" edirsən. Daha sonra barmaqlarını ovuşdurursan və ovcunu sabunla "yağlayırsan". Prosedur 20 saniyənizi alacaq. Sonra rahatlıqla çölə çıxa bilərsiniz. Bu koronavirusa yoluxma riskini yarıya endirir"./publika.az


Xəbər xətti