Azərbaycanın Türkiyədəki səfirliyində "qaynar xətt" yaradılıb

11:02 - 15 Mart 2020 - Xəbər

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib. “Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740” - deyə, məlumatda qeyd olunub.

Xəbər xətti