Sərnişinlərin reaksiyasını öyrənmək üçün metroda öskürüb videoya çəkdi- HƏBS OLUNDU

10:26 - 15 Mart 2020 - DİGƏR

Qazaxıstanın Almatı şəhərində 23 yaşlı bloqqer insanlarla koronavirus xəstəliyi zarafatı edərək video çəkib sosial şəbəkədə yerləşdirib.

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər polis şöbəsindən verilən məlumata görə, bloqqer davamlı öskürərək metro sərnişinləri qorxudub. Onun bu hərəkəti polisin diqqətini cəlb edib.

Polis onu xırda xuliqanlıq ittihamı ilə 10 günlük həbs edib.

Bloqqer izləyicilərindən üzr istəyərək, xəstəliyə yoluxmadığını bildirib.

Xəbər xətti