Qaxda yük maşını piyadanı vuraraq öldürüb

20:43 - 14 Mart 2020 - HADİSƏ

Bu gün axşam saatlarında Qax-Tasmalı avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. 

Rayonun Əmbərçay kənd sakini, 1954-cü il təvəllüdlü Fikrət Sadıq oğlu Əhmədov yük maşını tərəfindən vurulub. Qəzadan sonra yük maşınının hadisə yerindən qaçdığı bildirilir.

Ağır bədən xəsarətləri alan Fikrət Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır. /apa

Xəbər xətti