Bakıda koronavirusla bağlı mətbuat konfransı -VİDEO

17:22 - 13 Mart 2020 - Xəbər

Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirusla bağlı mətbuat konfransı keçirir.

 ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan hökumətinin dəvəti ilə gələn 6 nəfərlik ekspert qrupu görüşlərini tamamlayıb və bu gün ölkəni tərk edirlər: “Ekspertlər detallı hesabatı Azərbaycan hökumətinə təqdim edəcəklər”.

ÜST missiya rəhbəri Karolina Braun bildirib ki, ÜST koronavirusu pandemiya olaraq xarakterizə edib: "Azərbaycandakı dövlət qurumlarına bizimlə əməkdaşlığa görə minnətdaram. Bu, yeni virusdur və biz də yeni öyrənirik. Virusa tutulanlar artır, amma hələ virusun yol açmadığı ölkələr də var. COVİD 19-la bağlı bütün ölkələrə çağırış edilib ki, güclərini səfərbər etsinlər. Bu xəstəliklə bağlı öyrəndiyimiz məlumatlardan irəli gələrək Azərbaycana tövsiyə edirik ki, ölkə xəstəliyin erkən aşkarlanması üçün tədbirlər görsün".

Hande Harmancı deyib ki, bir çox xəstəxanada həkimlərlə görüş keçirilib: “Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı”.

***

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hazırda rəsmi olaraq qeydə alınmış 19 yoluxma var, onlardan üçü sağalıb: “İndi hamısı epidemioloji əlamətlərdir. Yəni, hamısının xaricdə olanlarla əlaqələri var. Əksəriyyəti karantində olanda aşkarlanıb”./qafqazinfo

Xəbər xətti