Özünü polis kimi təqdim edən azərbaycanlının quldurluq görüntüləri - Video

15:35 - 13 Mart 2020 - HADİSƏ

İstanbulun Kadıköy rayonunda Azərbaycan əsilli 39 yaşlı Sadıx saxlanılıb. 

“İhlas” xəbər agentliyinin verdiyi məlumata görə, özünü polis kimi təqdim və adının Rahib olduğu deyilən şəxs Feneryolu məhəlləsində özbəkistanlı 44 yaşlı Gülşanoy adlı qadına qarşı quldurluq edib.

Məlumatlara görə, o, Gülşanoyun sənədlərini yoxladıqdan sonra qadının çantasındakı 1350 lirəsini (364 AZN - red.) oğurlayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Sadıx saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. /oxu.az

Xəbər xətti