“İran koronavirusdan çox zərər gördü, köməyə hazıram” - Tramp

11:09 - 5 Mart 2020 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp ölkəsinin koronavirusla mübarizədə İrana kömək etməyə hazır olduğunu bildirib.

 Amerika lideri bu barədə “Fox News” telekanalına verdiyi müsahibəsində qeyd edib.

“Əgər istəsəydilər, İrana kömək edə bilərdik. Onlar çox zərər çəkdilər”,- deyə Tramp söyləyib.

Qeyd edək ki, İran  “COVİD-19” yoluxucu xəstəliyinə yoluxma və ölüm sayına görə ən çox əziyyət çəkən ölkələr siyahısındadır./qafqazinfo

Xəbər xətti