5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 əsgər- Suriya ordusunun itkiləri

“Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
“Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: “Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.

Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

Tarix
28 Fevral 2020 [13:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-28 13:48:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin