İranda koronavirusa yoluxan deputatların sayı artdı

İranda 4 deputata koronavirus diaqnozu qoyulub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Əli Vəkili deyib.

Onun sözlərinə görə, 30 millət vəkilinə koronavirus testi edilib. Analizin nəticəsində 4 deputatın koronavirusa yoluxduğu məlum olub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

 

Tarix
28 Fevral 2020 [12:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-28 12:19:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin