Azərbaycanda “Zaxar” ləqəbli kriminal avtoritet saxlanılıb

10:24 - 28 Fevral 2020 - HADİSƏ

Mingəçevir şəhərində kriminal avtoritet saxlanılıb.

Bu, əvvəllər Rusiya və Azərbaycanda ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunan 33 yaşlı Zakir Əlisoydur.

Polislər tərəfindən saxlanılan zaman o, müqavimət göstərib qaçmağa çalışıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində “Zaxar” ləqəbli kriminal avtoritet saxlanılıb.

Ondan külli miqdarda tiryək və odlu silah-sursat aşkarlanıb./report

 

Xəbər xətti