Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - Video

14:45 - 27 Fevral 2020 - Xəbər

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

FHN-dən APA-ya daxil olan müraciətdə bildirilib ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.
“Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, - deyə müraciətdə qeyd olunub.

Xəbər xətti