Arağın viruslarla mübarizədə xeyri var?

Tibb elmləri doktoru, professor Adil Qeybulla arağın koronavirusa qarşı mübarizədə təsirli olması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.

 
"Qafqazinfo" xəbər verir ki, “Yeni Müsavat”a danışan A. Qeybulla qeyd edib ki, alkoqolla heç bir xəstəliyin müalicəsi yoxdur:
"Alkoqol qəbulu bədənə xeyli ziyan vurur, nəinki hansısa faydası olur. Alkoqolun mikrob öldürücü təsiri çox cüzidir. Digər tərəfdən, onun tibbi spirt qədər təsiri olduğunu düşünənlər də yanılır. Alkoqolla qəbul edilən spirt qaraciyərdə parçalanır ki, bu da qaraciyərə çox mənfi təsir edir. Hətta virus infeksiyalara qarşı əllərin spirtlənməsinin özü effektiv vasitə sayılmır.  Viruslara təsir edən maddələr başqadır. Ona görə də insanlar daha sadə, daha effektli vasitələrdən istifadə etməlidir. Həmin vasitələrdən biri əllərin tez-tez yuyulması, səhər saatlarında idmanla məşğul olmaq, təbii qidalar qəbul etmək və qoruyucu maskalardan istifadə etməkdir. Əsasən bu tövsiyələrə əməl etmək lazımdır. Yoxsa ki, alkoqol qəbulu ilə bağlı təbliğat aparmaq tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur. Bu sadəcə alkoqol qəbul edənlərin özlərini ”icad" etdiyi əsasdır".

Adil Qeybulla viruslarla mübarizədə sarımsaq və soğanın təsirindən də söz açıb:
“Sarımsaq, soğan, meyvə-tərəvəzlərin hər birinin tərkibində çoxlu bioaktiv maddələr, vitaminlər, mikroelementlər var ki, bunlar da insan orqanizmi üçün çox effektlidir və maddələr mübadiləsinin düzgün getməsinə köməklik edir. Qalan digər vasitələr, o cümlədən bir qidadan çox qəbul etmək bəzən ziyan verir. Sadəcə olaraq qida maddələrini axar su altında yaxşı yuyulmuş şəkildə qəbul etmək lazımdır. Təəssüf ki,  bəziləri meyvə-tərəvəzin yuyulmasına o qədər də diqqət etmir, nəticədə orqanizmə infeksiya keçə bilir”.

Tarix
27 Fevral 2020 [09:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-27 09:51:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin