KİV-lər Seçki prosesində önəmli rola malikdir

19:00 - 26 Fevral 2020 - KİVDF

Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır

Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edib. Həm aparılan sənədləşmə, həm təşviqat və eyni zamanda seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib. Eyni zamanda, bu mexanizmi həyata keçirən qurumun kifayət qədər şəffaf fəaliyyətini diqqətə çatdırıb. Bu tək bizim yox, bütün beynəlxalq təşkilatların, hətta ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, eləcə də Avropa Şurası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyyələrini versə də, birgə rəylərinin əsas hissəsi pozitiv elementlərə söykənib. Bunu politoloq Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da sözün əsl mənasında Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstərərək dilə gətiriblər.

“Bəzi nöqsanlar bütün dünyada keçirilən seçkilərdə olur. Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Harada ki, aparılan iş insan amilinə söykənir orada hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil”. Onun sözlərinə görə, seçki prosesi ilə bağlı təbliğat işində kütləvi informasiya vasitələrinin üzərinə böyük işlər düşür. KİV-lərə təbliğat prosesində, secicilərə namizədlərin tanıdılmasında böyük rol düşür. Seçici kimə səs verdiyini bilməlidir.

Bilməlidir ki, secimində səhv etməsin. Bu işdə isə həyata keçirilən təbliğat böyük rol oynayır. Qeyd edək ki, Milli Məclisə seçkilər zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər qoyulub. Seçki Məcəlləsinin 77.1 maddəsində qeyd edilib ki, ictimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

Seçki Məcəlləsinin 155-ci maddəsinə əsasən bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər. Bəs, kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılmasının ümumi şərtləri nədir?. Bu məsələ Seçki Məcəlləsinin 78-ci maddəsi ilə tənzimlənir.  Bu Məcəllənin 77.1 maddəsində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müqavilə əsasında dəyəri ödənilən efir vaxtı və dövri nəşrlərdə yer ayırmaq hüququna malikdirlər(78.1. ). Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır.  Müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları efir vaxtı verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyasına göndərilən bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərcindən ən geci 30 gün ərzində dərc etməlidirlər (78.3). Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təbliğatla bağlı materialların dərc edilməsinə məcbur edilə bilməzlər. Bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlər, siyasi partiyalar və referendum üzrə təşviqat qrupları üçün eyni olmalıdır (bu Məcəllənin 85.4-cü maddəsində (Dövri nəşrlər qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları və ya siyasi partiyaların blokuna daxil olan siyasi partiyalar tərəfindən təsis edilmişdirsə, nəşr səhifələrində bərabər şərtlərlə yer ayrılması barədə tələblər və bu Məcəllənin 78.1 — 78.3-cü maddələri həmin dövri nəşrlərin redaksiyalarına şamil edilmir.)göstərilən dövri nəşrlər istisna olmaqla).

Seçki Məcəlləsinin 79-cu maddəsi  isə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqata ayrılan efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatı tənzimlənir. Bildirilir ki,  qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına müvafiq olaraq pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə yer ayıran teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada ayrılmış efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və bu qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra onların qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat verməlidirlər.

Müvafiq seçki komissiyasının sorğusu əsasında qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri təqdim etməyə borcludurlar.

Xəbər xətti