Güclü külək Ağdamda 30-dan artıq elektrik dirəyini aşırdı

Bu gün səhərdən əsən külək bir sıra infrastruktur obyektlərində olduğu kimi, Ağdam rayonunun elektrik şəbəkəsində ciddi fəsadlar yaradıb. 

Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, hazırda qurum əməkdaşları qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur:

"Əsən güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən də Ağdam rayonunda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəza baş verən ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib. Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez bir zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək"./qafqazinfo

Tarix
25 Fevral 2020 [22:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-25 22:48:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin