“CinemaPlus”da “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi keçirilib- Video

28 Mall Ticarət Mərkəzində yerləşən CinemaPlus Premium-klass Kinoteatrında “Yol Arkadaşım” filminin yaradıcılarından olan “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi baş tutub.

Rejissor Bedran Güzel. Baş rollarda İbrahim Büyükak, Onur Buldu, Doğu Demirkol, Büşra Pekin və Safa Sarı.
“Bayı toplantısı” filmi, məcburən qatılmalı olduqları ticarət toplantısında 3 məişət avadanlığının ticarəti ilə məşğul olan satıcıların üzləşdiyi bir-birindən maraqlı macəralardan bəhs edir. Bir birlərini tanımayan Namiq, Adəm və Sadıq ticarətlə məşğul olur və yolları ticarət toplantısında kəsişir. Həyatlarının mürəkkəb bir anını yaşayan Namiq, Adəm və Sadıq üzləşdiyi hadisələrdən sonra özlərini tam bir macəra ilə zəngin ortamda kəşf edirlər. Həmkarlarını xilas edə bilmək üçün bu üçlüyün bir-birlərinə güvənmək və tələsməkdən savayı çarələri yoxdur.

Film fevralın 27-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Tarix
25 Fevral 2020 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-25 15:48:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin