Səhiyyə Nazirliyi apteklərdə maska çatışmazlığına münasibət bildirdi

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və ağız maskasına tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkir.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi ağız maskalarının çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:

"Maskaları Səhiyyə Nazirliyi deyil, sahibkarlar gətirir. Nazirlik  yalnız  ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətini yoxlayır. Xahiş edirəm depolara zəng edib soruşun ki, niyə apteklərə maska gətirmirsiniz? Və yaxud da niyə ölkəyə tibbi maska gətirmirsiniz? Gətirirsinizsə qiyməti neçəyədir? Qiymətlərlə bağlı narahatlıq varsa da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasınlar". 

Tarix
25 Fevral 2020 [11:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-25 11:31:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin