Şəkidə qəza olub, ölən və yaralananlar var

10:30 - 25 Fevral 2020 - HADİSƏ

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Köbər-Zəyzid kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Fakt bağlı araşdırma aparılır./report

Xəbər xətti