Hazard 3 ay oynamayacaq

22:22 - 24 Fevral 2020 - İDMAN

“Real”ın zədəli futbolçusu gözləndiyindən Eden hazardın durumu daha ciddidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belçika yığmasının baş məşqçisi Roberto Martines məlumat verib. O, İspaniya mətbuatına açıqlamasında Hazardın ən azı 3 ay meydana çıxa bilməyəcəyini deyib: “Bizim “Real”ın tibbi personalı ilə yaxşı münasibətimiz var. Edenin durumundan narahatıq. Təəssüf ki, bu zədə “Mançester Siti” ilə vacib oyun öncəsi oldu. Çox məyusuq. Çünki bu zədə onu ən azı 3 ay futbolsuz qoyacaq. Hazard kimi futbolçu həmişə meydanda olmalıdır”.

Xatırladaq ki, La Liqanın 25-ci turunda "Levante" ilə matçda (0:1) zədələnən belçikalı oyunçunun ayaq biləyində sınıq aşkarlanıb. / Qol.az

Xəbər xətti