Gənc aparıcı AzTV-də sədr müavini təyin olundu

20:08 - 24 Fevral 2020 - Xəbər

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

"Report"un məlumatına görə, Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev buna qədər AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısı idi.

Xəbər xətti