İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib

19:18 - 24 Fevral 2020 - Xəbər

İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb. İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır. 

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub. 

Xəbər xətti