Heydər Əliyev Fondu Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü

Əməkdar artist Rəhman Rəhmanovun əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Ötən gün öd kisəsindən əməliyyat olunan Əməkdar artist bu barədə Oxu.Az-a açıqlamasında məlumat verib. “Bir saat öncə Heydər Əliyev Fondunun nümayəndəsi mənimlə əlaqə saxladı və bildirdi ki, bütün əməliyyat xərclərini fond öz üzərinə götürüb. Bu zəng mənim üçün gözlənilməz oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhhətimlə maraqlanıb. Ailəm və öz adımdan cənab Prezident İlham Əliyeva və Mehriban xanıma dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov sabah yenidən əməliyyat olunacaq.

Tarix
24 Fevral 2020 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 18:31:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin