Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

13:48 - 24 Fevral 2020 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir:

"Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

Komissiyanın üzvləri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri
Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Natiq Əliyev – Xalq rəssamı
Mövlud Süleymanlı – Xalq yazıçısı.

“Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Xəbər xətti