Koronavirusdan necə qorunmaq olar? – Baş infeksionist

23:32 - 23 Fevral 2020 - Xəbər

Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirusun əlamətləri və qorunma üsullarından danışıb. Koronavirusun əlamətləri qrip, respirator virus infeksiyalarını xatırladır.

 “Çindən yayılan virus adətən ağciyərləri zədələyir və ağciyər çatışmazlığına səbəb olur. Beləliklə də insan tələf olur. Əgər virus ağız boşluğundan daxil olarsa, mədə-bağırsaq pozğunluqları yarada bilər.

C.İsayev bu virusdan qorunmaq üçün xəstə insanlardan uzaq olmağı məsləhət görür:
“Maska taxmaq, kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamaq lazımdır. Bundan başqa, meyvələri yeməzdən əvvəl mütləq yumaq vacibdir”.
/space.tv

Xəbər xətti