İranda koronavirusdan ölənlərin sayı Artır

12:52 - 23 Fevral 2020 - DÜNYA

İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir. /report

Xəbər xətti