Çində koronavirusdan ölənlərin sayı artır

09:02 - 23 Fevral 2020 - DÜNYA

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verir.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 76 936 nəfərə çatıb, onlardan 2 442-i ölüb, 22 888 nəfər isə sağalaraq evə buraxılıb.

Məlumata əsasən, son sutka ərzində 648 yeni yoluxma halı qeyd olunub, 2230 nəfər sağalaraq evə buraxılıb, 97 nəfər isə ölüb. /oxu.az

Xəbər xətti