Prezident İlham Əliyev: “Ermənistan regionda destruktiv siyasət yürüdür”

Vatikanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Prezident İlham Əliyev münaqişə ilə bağlı ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib.
Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. /report

Tarix
22 Fevral 2020 [23:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 23:13:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin