Azərbaycan- İran sərhəddində nəzarət tədbirləri gücləndirildi

Son vaxtlar Çin Xalq Respublikasında aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İran İslam Respublikasında da müşahidə olunan koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, İran İslam Respublikasından ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.

Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.

Tarix
22 Fevral 2020 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 14:43:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin