Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

O, bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Ü.Hüseynli həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Əli Həsənov 2019-cu il mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib./report

 

Tarix
22 Fevral 2020 [12:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 12:36:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin