Manaf Ağayev efirdə dediyi sözlərə görə polisə çağırıldı

Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

O, televiziya verilişlərindən birində işlətdiyi ifadəyə görə, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. İdarədə M.Ağayevlə profilatik söhbət aparılaraq sərbəst buraxılıb. O, etdiyi hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiq edib.
Xatırladaq ki, bir müddət əvvəl müğənni Manaf Ağayev televiziya verilişlərindən birində qonaq olarkən qalmaqallı fikirlər səsləndirib. Aparıcının “Qadın sizi hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasınız” sualına M.Ağayev “Belə göründüyümə baxmayın, bir kəlmə sözə görə baş kəsərəm. Ailəm məni yaxşı tanıyır” fikirlərini səsləndirib./oxu.az

Tarix
21 Fevral 2020 [19:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-21 19:01:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin