Bakıda yeni tunel çəkilə bilər

11:31 - 21 Fevral 2020 - Xəbər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökumətə təqdim edib.

Bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq./report

 

Xəbər xətti