UEFA "Mançester Siti"ni növbəti dəfə cəzalandıra bilər

12:41 - 19 Fevral 2020 - İDMAN

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İngiltərənin "Mançester Siti" klubu ilə bağlı araşdırmaları davam etdirir.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu "şəhərlilər"in 2012-2016-cı illər ərzində bağladığı sponsorluq müqavilələrinin həddindən artıq şişirdilməsinə görə yoxlama aparmaq niyyətindədir.
UEFA həm imzalanan müqavilələrin əsl bazar dəyəri ilə qiymətləndirilib-qiymətləndirilmədiyini, həm də "Mançester Siti"nin sahibinin kommersiya sponsorluğu adı altında kluba investisiya qoyub-qoymayadığını araşdıracaq.

Qeyd edək ki, UEFA maliyyə-feyr pley qaydalarını pozduğu üçün Mançester təmsilçisini 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib.

Xəbər xətti