Qadın himayəsində olan uşağı döyüb öldürdü

15:25 - 18 Fevral 2020 - HADİSƏ

Rusiyanın Moskva vilayətinin Podolsk şəhərində qadın azyaşlını döyərək öldürüb.

REN TV-nin xəbərinə görə, üç yaşlı oğlan qadının himayəsində olub. Qadının bir neçə dəfə uşağı təhqir etdiyi, döydüyü və heç vaxt onun qayğısına qalmadığı bildirilib. Növbəti dəfə döyülən uşaq xəstəxanaya yerləşdirilib və bir neçə gün sonra orada ölüb.

İstintaq prosesində qadın törətdiyi əməli etiraf etməyib.
Hadisə ilə bağlı 60 şahid dindirilib, tibbi ekspertizalar aparılıb. İş baxılmaq üçün məhkəməyə göndərilib./oxu.az

Xəbər xətti