Nazirlik restoran sahiblərinə xəbərdarlıq etdi: Yenə tüstü və iy-qoxu yayırlar

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi iaşə obyektləri və şadlıq saraylarının axşam saatlarında yenə də havaya tüstü, iy-qoxu yayması ilə bağlı şikayətlər daxil olub".

Bunu jurnalistlərə açlıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov deyib. Onun sözlərinə görə, nazirliyin mütəxəssisləri tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır:
"Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar".

Tarix
18 Fevral 2020 [13:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-18 13:43:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin