Azərbaycan Albaniyaya yardım göstərəcək

Azərbaycan Albaniyanın zəlzələdən sonra bərpası üçün vəsait ayıracaq.

Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edən ölkələr ötən il noyabrın 26-da baş vermiş zəlzələdən sonra özünə gəlməsi üçün rəsmi Tiranaya ümumilikdə 1,15 milyard avro ianə, qrant və borc verilməsi üzrə öhdəlik götürüb.
Albaniyaya maliyyə yardımını 100-dən çox ölkə və beynəlxalq təşkilat edəcək. Ən böyük donorlar qismində 115 milyon avro ayıracaq Avropa Komissiyası, 100 milyon avro (bunun 60 milyonu kredit şəklində) ayıracaq Fransa və 70 milyon avro ayıracaq Birləşmiş Ərəb Əmirliyi çıxış edəcək.

Azərbaycan Albaniyaya 500 min avro yardım ayırmağı planlaşdırır./report

Tarix
18 Fevral 2020 [13:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-18 13:13:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin