Etibar Əliyev Mehmanı məhkəməyə verəcək: “Qaragürhçuların bir qismi ...”

"Aldığım dəstək mənim deputat seçilməm ilə məntiqi sonluğa gəlib çatdı".

Bu sözləri təhsil eksperti, 31 saylı Suraxanı ikinci seçki dairəsinin lider namizədi Etibar Əliyev bildirib. O qeyd edib ki, qalib gəlməsi cəmiyyətdəki nüfuzu və dairədə kifayət qədər tanınması ilə bağlıdır: "Məni ölkədə maarifçi, kitab təbliğatçısı, təhsil və elm sahəsində ekspert kimi tanıyırlar. 10-dan çox kitabın müəllifiyəm. İntensiv olaraq ölkə mətbuatında cəmiyyətimizi narahat edən məslələri gündəmə gətirirəm. 25 illik təhsil və elm sahəsində ekspert kimi fəaliyyətim ölkənin ictimai-siyasi həyatında iştirakıma şərait yaradıb.
Qərara gəldim ki, növbədənkənar parlament seçkilərində iştirak edim. Və namizədliyimi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürdüm.

30 ildən çoxdur Qaraçuxurda yaşayıram. Elim, obam, qohum-əqrabam hamısı burda məskunlaşıb. Üstəlik Milli Elmlər Akademiyası, universitetlərdə çalışan və Yeni Günəşli qəsəbəsində yaşayan alim və müəllimlər kollektivi".

Etibar Əliyev saxtakarlıqda ittiham olunmasını əsassız sayır: "Qaragürhçuların bir qismi məni əqidəmi dəyişməkdə, ona qarşı saxtakarlıq etməkdə suçlayır. Diqqət edin: mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mənim əqidəm maarifçilikdir. Əqidəmə həmişə sadiqəm. Həmin əqidəyə uyğun olaraq da fəaliyyətimi davam etdirirəm.

Təkrar edirəm: Qaraçuxur qəsəbəsində yaşamağım, apardığım təbliğat və cəmiyyətdəki ictimai nüfuzum qələbəmi qaçılmaz etdi. Bunu namizədlərin bir neçəsi də etiraf edir. Məni ziyalı kimi düşündürən həm də başqa məsələdir. Necə oldu ki, müəyyən zaman kəsiyində inkarçı, söyüşkən, tərbiyəsiz bir gənclik seqmenti yarandı. Necə oldu ki, bunlar bizim diqqətimizdən yayındı və artıq onlar təhlükəyə çevriliblər. Onların yeganə amalı özləri kimi fikirləşməyənləri və davranış nümayiş etdirməyənləri mənəvi terror etməkdir.

Filosoflardan birinin fikridir: "Texnologiyaların inkişafı insan mənəviyyatını tamamlamasa böyük təlatümlər yarancaq". Bəli, biz də həmin təlatümlərin astanasındayıq”.
Təhsil eksperti bildirib ki, böhtan kampaniyasına qarşı hüquqi müstəvidə addımlar atacaq:

Hər hansı bir təhqir şantaj və böhtan kampaniyasına qarşı maarifçilik yolu ilə və hüquqi müstəvidə mübarizəmizi aparacağıq".

Qeyd edək ki, eyni dairədən deputatlığa namizəd Mehman Hüseynov Etibar Əliyevi aşağılayan videolar paylaşır, onu saxtakarlıqda, əqidəsini dəyişməkdə ittiham edir./bakupost

Tarix
18 Fevral 2020 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-18 11:15:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin