"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb: 22 mağaza yanıb - RƏSMİ

10:30 - 18 Fevral 2020 - Cəmiyyət

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Yanğın hadisəsi tam söndürülüb, tüestüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".

M. Qədimov bildirib ki, hazırda ərazidə təmizləmə işləri gedir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

Xəbər xətti