Ağdaşda xaş yeyən 19 yaşlı gəlin zəhərləndi

09:32 - 18 Fevral 2020 - HADİSƏ

Ağdaşda qadın xaş yeməyindən zəhərlənib.

Hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o təcili Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti